Balaca Gülər arzusuna çatdı

19.08.2026 - 15:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 11-də Şuşanın Kiçik  Qaladərəsi kəndində görülən işlərlə tanış olmuş və kəndə qayıdan sakinlərlə görüşmüşdü. Dövlət başçısı kənd sakini, 44 günlük Vətən müharibəsinin iştirakçısı Əsəd Əsədovun evində olub və ailə üzvləri ilə söhbət edib. Səmimi söhbət zamanı ailənin balaca Güləri ölkə başçısına müraciət edərək traktor istədiyini bildirib. 

Kiçik Qaladərəsinin azyaşlı sakininin arzusu qısa müddət sonra reallığa çevrilib. Balaca Gülərin Prezidentdən istədiyi traktor artıq Əsədovlar ailəsinə təqdim olunub.

Xəbərlər