Şəhid Övladları Şuşada Tarixi Səfərdə: Naxçıvandan Gələn Ailələr Müqəddəs Torpaqlarla Tanış Oldular
Avqustun 13-də Naxçıvanda yaşayan 63 şəhid ailəsi, “Naxçıvan Şəhid Ailələri” İctimai Birliyi və “Cahan Şirkətlər Qrupu” MMC-nin təşkilatçılığı ilə Şuşa şəhərinə səfər ediblər. Səfərin əsas məqsədi şəhid övladlarına işğaldan azad edilmiş müqəddəs torpaqlarımızı, Azərbaycanın zəngin tarixi və mədəni irsini tanıtmaq olub. Şuşada “Xarıbülbül” otelində istirahət edən ailələr, şəhərin tarixi və görməli yerləri ilə tanış olublar.