Yaponiyanın Himeji şəhərində Dünya Tarixi Şəhərlər Liqasının 20-ci konfransı keçirilib

12.11.2026 - 08:41
10 -12 noyabr tarixlərində Yaponiyanın Himeji şəhərində Dünya Tarixi Şəhərlər Liqasının 20-ci konfransı keçirilib. Amerika Birləşmiş Ştatları, Koreya, İtaliya, Avstriya, Yaponiya və digər ölkələrin şəhərləri ilə bərabər Dünya Tarixi Şəhərlər Liqasına üzv olan Şuşa şəhərini bu konfransda Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsı Aydın Kərimov, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin icraçı direktoru Tural Novruzov, Beynəlxalq münasibətlər və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səmayə Məmmədova təmsil ediblər.
Konfrans çərçivəsində Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsı Aydın Kərimovun Yaponiyanın Himeji şəhərinin meri Hideyasu Kiyomoto və Kioto şəhərinin meri Koci Matsui ilə görüşü olub. 
Görüşdə Azərbaycan və Yaponiya arasındakı müxtəlif sahələrdə inkişaf etməkdə olan əlaqələrin vacibliyi vurğulanıb, eyni zamanda gənc nəsilin memarlıq, turizm, incəsənət və digər sahələrdə təcrübə mübadiləsi üçün yeni addımların atılması barədə fikir mübadiləsi aparılıb. 
Hər iki şəhərin meri Azərbaycan haqqında böyük sevgi ilə danışıb, ələlxüsus Şuşa şəhərinin gözəl təbiəti, özünəməxsus bir havası olduğunu eşitdiklərini xüsusi vurğulayaraq, bu tarixi şəhəri görməkdən məmnun olacaqlarını bildiriblər. Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsı Aydın Kərimov Şuşa şəhərinin mədəniyyətindən, burda aparılan abadlıq, bərpa və quruculuq işlərindən söz açıb, Tarixi Şəhərlər Liqasına üzv olan Şuşa şəhərinin bu qurumda daha yaxından iştirakının arzuolunan bir missiya olduğunu diqqətə çatdırıb.
Konfransın proqramına uyğun olaraq, Yaponiyanın Himeji, Fukusaki şəhərlərinin, eyni zamanda Avstriyanın Bad İşl şəhərlərinin merlərinin də qatıldığı sessiyada iştirak edən Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsı Aydın Kərimov panel iclasda Şuşa şəhərinin bərpadan sonra dirçəlişindən, tarixi simasının qorunmasından, müasir infrastrukturun qurulmasından, əhalinin köçü və yeni yaşayış massivləırinin salınmasından, turistlərin cəlb edilməsi məsələlərindən danışıb.
Sessiyada Şuşa şəhərinin yenidən qurulmasından bəhs edən videoçarx nümayiş olunub.
Qeyd edək ki, konfransın sonunda Dünya Tarixi Şəhərlər Liqasına üzv ölkələr tərəfəndən Himeji deklarasiyası imzalanıb.
News