18 sentyabr - Milli Musiqi günü Şuşada möhtəşəm qeyd edildi

18.09.2026 - 15:00

Görkəmli bəstəkar, musiqişünas alim, dramaturq, pedaqoq və ictimai xadim, Azərbaycan opera sənətinin banisi Üzeyir Hacıbəyovun doğum günü ilə bağlı təsis edilən bu əlamətdar gün milli musiqimizin və böyük sənətkarın irsinə ehtiramın ifadəsidir. 

18 sentyabr - Milli Musiqi günü münasibətilə ilk olaraq dahi şəxsiyyətin büstünün və heykəlinin önünə gül dəstələri və çələng qoyuldu. Daha sonra Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşkilatçılığı ilə Üzeyir Hacıbəyovun ev-muzeyində tədbir keçirilib. Tədbirdə Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov, Milli Məclisin deputatı Polad Bülbüloğlu, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin icraçı direktoru Tural Novruzov, Şuşa rayonundakı idarə və müəssisələrin rəhbərləri, Qarabağ universitetinin nümayəndənləri, Xüsusi Nümayəndəliyin və Qoruq İdarəsinin əməkdaşları, şəhər sakinləri iştirak edib.

Üzeyir Hacıbəylinin ev-muzeyində təşkil edilən konsertdə dahi bəstəkarın əsərlərindən ibarət səslənən əvəzsiz ifa və rəqslər möhtəşəmliyi ilə yadda qalıb. Şuşanın istedadlı gənclərinin – Ləman Təhməzzadənin, Emin Məmmədlinin, Sədaqət Məmmədovanın və   Məcid Məmmədovun  ifaları böyük rəğbət və  alqışlarla qarşılanıb.

Новости