“8 Noyabr – Zəfər Günü”nə və “Şuşa Şəhər Günü”nə həsr olunmuş geniş konsert proqramı keçirilib.

09.11.2026 - 21:30

Zəfərin mübarək, Şuşa!

Mədəniyyət paytaxtımızda Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşkilatçılığı və Qarabağ Universitetinin birgə dəstəyi ilə “8 Noyabr – Zəfər Günü”nə və “Şuşa Şəhər Günü”nə həsr olunmuş geniş konsert proqramı keçirilib. “Şuşa” oteldə keçirilən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səslənib, əziz şəhidlərimizin unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Qarabağ Universitetinin İncəsənət fakültəsinin müəllim və tələbə heyətinin təqdim etdiyi vətənpərvərlik ruhlu konsert proqramı Şuşa şəhər sakinlərinin sevincinə, bayram əhval-ruhiyyəsinə öz töhfəsini verib.

Konsertdən sonra Şuşa səmasında atəşfəşanlıq olub.

Новости