Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşkilatçılığı ilə “8 Noyabr – Zəfər Günü” və “Şuşa Şəhər Günü” Şuşa şəhərində silsilə tədbirlərlə böyük qürur və fəxr hissi ilə qeyd olunur.
06.11.2026-cı il tarixdə Şuşa şəhəri “Qarabağ” otelində qazilərlə görüş təşkil olunub. Görüşdə Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsı Aydın Kərimov, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin icraçı direktoru Tural Novruzov iştirak edib.
Görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qətiyyəti və rəhbərliyi ilə qazanılan şərəfli Zəfər yolundan, müzəffər Ordumuzun, şəhidlərimizin, qazilərimizin keçdiyi şücaət dolu qəhrəmanlığından söhbət aparılıb.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!