Şuşada Zəfər Bayramı və Şuşa Şəhəri Gününə həsr olunmuş tədbir keçirilib

04.11.2026 - 15:00

2026-cı il noyabrın 3-də Şuşa şəhərində Şuşa Rayonunda Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi və Yeni Azərbaycan Partiyası Şuşa rayon təşkilatının birgə təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Bayramı və Şuşa Şəhəri Günü münasibətilə “Şuşa Zəfərimizin rəmzi: Lider, Xalq, Dövlət və Ordu birliyinin təntənəsi” mövzusunda tədbir keçirilib.


“Şəhərsalma və Memarlıq İli” çərçivəsində təşkil olunan tədbirdə Şuşa Rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov, Yeni Azərbaycan Partiyası Şuşa rayon təşkilatının sədri Təvəkkül Əliyev, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin icraçı direktoru Tural Novruzov, Qarabağ Universitetinin rektoru Şahin Bayramov, Şuşa Rayonunda Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin əməkdaşları, hüquq-mühafizə orqanlarının və idarə-müəssisələrin rəhbərləri, şəhid ailələri, Vətən müharibəsi qaziləri, veteranları və partiya fəalları iştirak ediblər.

Tədbirdən əvvəl Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb, müasir Azərbaycan dövlətinin qurucusunun əziz xatirəsi dərin ehtiramla yad edilib.

Tədbir çərçivəsində Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul olunmuş şəxslərə partiya vəsiqələri təqdim edilib, bir qrup Vətən müharibəsi veteranı və partiya fəalı təltif olunub.


Daha sonra Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib. Tədbir bədii proqramla davam edib, sonda iştirakçılar xatirə fotosu çəkdiriblər.

Новости